Dünya

Şimali Koreyada “COVID-19″dan ilk ölüm faktları qeydə alınıb

Pandemiyanın başlanmasından bəri ilk dəfə “SARS-CoV-2” epidemiyasını təsdiqlədikdən bir neçə gün sonra Şimali Koreyada “COVID-19″dan ilk ölümlərin baş verməsi barədə məlumat verilib.

Bizimyol.info xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) cümə günü, mayın 13-də bildirib ki, virusa yoluxma nəticəsində ümumilikdə altı nəfər ölüb.

Ölən xəstələrdən birində əvvəllər “omikron – BA.2″nin yüksək yoluxucu variantı müəyyən edilib. Ümumilikdə ölkədə 350 minə yaxın xəstə oldüğü etiraf edilib. Məlumatda deyilir ki, indiyədək KXDR-də 188 minə yaxın insan karantinə alınıb.

KCNA-nın məlumatına görə, xəstəlik aprelin sonundan etibarən “sürətlə yayılmağa” başlayıb. Agentliyin məlumatına görə, bu, “ölkədə ciddi fövqəladə vəziyyətdir” elan olunmasına səbəb olub. KXDR Dövlət Şurasının sədri Kim Çen In ölkə daxilində karantin rejiminin tətbiqi barədə göstəriş verib. Hökümət bəzi bölgələrdə məcburən qapanmalara getməklə bağlı qərar verib.

Dünyanın ən təcrid olunmuş ölkələrindən biri olan Şimali Koreya özünü pandemiyadan qorumaq üçün 2020-ci ilin əvvəlində sərhədlərini bağladı. Dünya mətbuatında Kimin təbliğat vasitələrinə onun dövlətində “COVID-19″un olmadığı barədə məlumat verməyi tapşırdığı bildirilirdi: “Görünür, bu günlərdə vəziyyət dözülməz həddə çatıb”, – deyə epidemioloqlar bildirirlər.

Ekspertlər deyirlər ki, Şimali Koreyanın səhiyyə sistemi böyük bir epidemiyanın öhdəsindən gəlmək üçün mübarizə aparacaq. Qonşu ölkələrdən fərqli olaraq, KXDR-in 25 milyon sakininin demək olar ki, heç birinin koronavirusa qarşı peyvənd olunmadığı iddia edilir. Bu ölkə indiyədək Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), eləcə də Çin və Rusiyanın peyvənd proqramı ilə bağlı təkliflərini qəbul etməyib.

Bənzər yazılar

Back to top button