Siyasət

İranda Azərbaycan türklərinə qarşı repressiyalar haqqında hesabat

2022-ci ilin sentyabr-oktyabr aylarında İranda hökumət əleyhinə kütləvi etirazlar zamanı ən az 13 azərbaycanlı öldürülüb, 1700 nəfər isə həbs edilib. Bu barədə ABŞ və Kanadada siyasi mühacirətdə olan İran hüquq müdafiəçiləri tərəfindən hazırlanmış İranda Azərbaycan türklərinin vəziyyəti haqqında Məruzədə deyilir.

Azərbaycan türkləri İranda, əsasən Zəncan, Qəzvin, Həmədan, Əlborz və Tehran vilayətləri ilə yanaşı Türkiyə və Azərbaycan Respublikasının əhatə etdiyi Ərdəbildə, Qərbi Azərbaycanda və Şərqi Azərbaycanda yaşayan ən böyük etnik qrupdur.

İran hökuməti heç vaxt ölkənin etnik və dil qrupları üzrə rəsmi demoqrafik statistikasını açıqlamayıb. Lakin 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi bəyan etmişdi ki, iranlıların 40%-i türkcə danışır.

Azərbaycan türkləri də İran əhalisinin təxminən 40%-ni təşkil etdiklərini iddia edirlər.

1925-ci ildə İranda Pəhləvilər sülaləsi hakimiyyətə gəldikdən sonra hökumət məcburi assimilyasiya siyasəti həyata keçir bvə azərbaycanlıların ölkə hakimiyyətində nüfuzu xeyli azalıb. İslam rejimi etnik ayrı-seçkilik siyasətini davam etdirib.

Bu il sentyabrın ortalarında İranda hakim rejimə qarşı növbəti etiraz dalğası başlayıb. Azərbaycanlılar etirazlarda fəal iştirak edirlər.

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifiyə görə, etirazların elə ilk iki həftəsində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesablamaq çətindir. Bununla belə, həbs edilənlərdən 121-nin və güllələnərək öldürülən 13 etirazçının kimliyini müəyyən etmək mümkün olub.

Hakimiyyət “Sepah” və “Bəsic” təhlükəsizlik qüvvələrindən etirazların yatırılması üçün fəal şəkildə istifadə edir. Hesabatın tam mətni.

Bənzər yazılar

Back to top button