DünyaManşet

Türkiyə “Azovstal”ı müdafiə edən hərbçilərin Türkiyəyə təxliyəsini tələb edir və…

Ukrayna baş nazirinin müavini, müvəqqəti olaraq işğal edilmiş ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşuk bildirib ki, Türkiyənin vasitəçiliyi ilə “Azovstal”dan Ukraynalı hərbiçilərin təxliyəsi haqqında danışıqlar aparılır. ilk növbədə ağır yaralılar təxliyə olunacaq. “Biz bu xüsusi əməliyyatın yol xəritəsi ilə bağlı danışıqların yeni mərhələsinə başlamışıq. Ağır yaralılardan başlayacağıq”.

“Qırmızı Xaç bu gün (mayın 12-də – red.) ruslarla görüşür. Biz onlarla (BQXK – red.), həmçinin BMT ilə danışıqlar aparmışıq və onlara mandat vermişik”.

“”Azovstal”dan təxliyənin məhz necə təşkil ediləcəyi haqqında sənədin imzalanmasını istəyirik və biz onu imzalamağa hazırlaşırıq”.

İrina Vereşuk dəqiqləşdirib ki, Türkiyə danışıqların hazırki mərhələsində vasitəçi qismində çıxış edəcək.

O deyir ki, xüsusi əməliyyat bir neçə mərhələdən ibarət olacaq. Birinci mərhələ ağır yaralıların təxliyəsini nəzərdə tutur.

Hazırda “Azovstal” metallurgiya zavodunda “Azov” alayının döyüşçüləri, Ukrayna Hava Qüvvələrinin əsgərləri və zabitləri, milli polis, sərhədçilər var. Onların hamısını xilas etmək lazımdır.

İrina Vereşuk bildirib ki, mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri “Azovstal”dan təxliyənin bu mərhələsini razılaşdırmaq üçün Rusiyada görüşüblər.

“Azovstal”ı müdafiə edən Ukrayna əsgərləri zavod ərazisində 600-ə yaxın yaralı döyüşçü olduğunu, amma gündən-günə qurbanların sayının artdığını bildiriblər.

Ukraynalı müdafiəçilər Mariupolun həlak olan müdafiəçilərinin sayını açıqlamırlar.

Vereşuk bildirib ki, Ukrayna tərəfi hazırda cəmi 38 ağır yaralı (sıradan çıxarılmış) hərbi qulluqçu ilə bağlı danışıqlar aparır. Bu 38 nəfəri mübadilə etmək mümkün olsa “biz aşağıdakı addımı atacağıq”.

Bundan başqa, Rusiya bildirib ki, mülki əhalinin Ukrayna hakimiyyətinin nəzarəti altında olan ərazilərə və xarici ölkələrə təxliyəsi üçün dəhliz açmağa hazırdır.

Mayın 11-də Baş nazir müavini Ukrayna tərəfin Azovstal-da qalan ağır yaralı Ukrayna hərbiçilərinin əsir Rusiya hərbi qulluqçuları ilə mübadilə etməyi təklif edib.

Vereşuk həmçinin izah edib ki, hazırda hərbi yolla “Azovstal”ı mühasirədən çıxarmaq mümkün deyil.

Rusiya hərbiçilərinin Ukrayna hərbi qulluqçularını Mariupolda dəniz yolu ilə neytral dövlətə çıxarmaq mümkünlüyü istisna deyil. Onlar həmçinin bildiriblər ki, indi onların tam hərəkət azadlığı var, belə ki, bütün dinc sakinlər Mariupoldakı “Azovstal” zavodunun ərazisini tərk ediblər.

Türkiyə Rusiyaya Ukrayna qoşunlarını Mariupoldan çıxarmağı və müharibənin sonuna qədər onların ön cəbhəyə qayıtmayacağına, Türkiyədə qalacağına zəmanət verməyi təklif edib.(Turan)

Bənzər yazılar

Back to top button