Hadisə

Yaşayış binasında güclü yanğın: sakinlər təxliyyə olundu (VİDEO)

Bu gün səhər saatlarında Zaqatala şəhəri C.Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində baş verən yanğın nəticəsində güclü tüstülənmə başlayıb.

AzToday.az BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, Təcilli Tibii yardım şöbəsinin həkim briqadaları, müvafiq qurumların nümayəndələri cəlb edilib.

Təhlükəsizlik tədbirlərini nəzərə alaraq bina sakinləri təhlükəsiz əraziyə təxliyə edilib.

Tüstüdən zəhərlənmiş iki nəfər bina sakini, 51 yaşlı Rüfət Qazıyev və 83 yaşlı Gülzaq İsmayılova Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib.

Daha bir-neçə nəfər bina sakininə isə hadisə yerində Təcilli Tibbi Yardım briqadasının həkimləri tərəfindən yardım göstərilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bənzər yazılar

Back to top button