GündəmSiyasət

Milli Məclis yeni Baş prokurorun təyinatına razılıq verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

AzToday.az xəbər verir ki, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qanunvericiliyə görə, ölkə Prezidenti İlham Əliyev Milli Məclisin razılığından sonra Kamran Əliyevin təyinatı ilə bağlı sərəncam imzalayacaq.

11.12

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.

AzToday.az “Report”a istinadən xəbər verir ki, iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

K.Əliyev parlamentin iclasında iştirak edir.

Xatırladaq ki, indiyədək Baş prokuror vəzifəsini Zakir Qaralov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.

09.00

Bu gün Milli Məclisin iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

AzToday.az-ın oxu.az-a istinadən məlumatına görə, iclasda baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi müzakirə ediləcək.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti bitib. Z.Qaralov 2000-ci ilin 25 aprelindən baş prokuror vəzifəsində işləyib.

Bənzər yazılar

Back to top button