DünyaManşet

Ostin fevraldan bu yana ilk dəfə Şoyru ilə əlaqə yaradıb

Cümə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə danışa bilib.

Ostin “Ukraynada dərhal atəşkəsə çağırıb”, Pentaqonun nümayəndəsi Con Kirbi bildirib. O qeyd edib ki, sonuncu dəfə onlar fevralın 18-də danışıblar.

Hücumdan bir ay sonra Pentaqon etiraf edib ki, Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli öz həmkarları ilə əlaqə yaratmağa uğursuz cəhd ediblər.

Pentaqon nümayəndəsi jurnalistlərə bildirib ki, dünənki zəng Ostinin təşəbbüsü ilə edilib və bir saata yaxın davam edib. Eyni zamanda, söhbət nəticəsində Rusiyanın mövqeyində nəyin dəyişdiyi bəlli deyil.

Cümə axşamı Ostin Ukraynanın müdafiə naziri Aleksey Reznikovla, Milli isə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı ilə danışıb.

Cümə günü Pentaqon əvvəllər Avropaya yerləşdirilmiş qoşunların əvəz edilməsi üçün 10 500 hərbçinin göndərilməsi barədə əmr verib. Qoşunlar “yaxın aylarda” yerləşdiriləcək, mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib. O əlavə edib ki, bu addımlar təhlükəsizliklə bağlı cari vəziyyətə cavab vermək üçündür.

Rusiyanın Ukraynaya təcavüzü fonunda fevral və mart aylarında ABŞ Avropadakı müttəfiqlərini dəstəkləmək üçün minlərlə əsgər yerləşdirib və dislokasiya yerini dəyişdirib. Bu yaxınlarda ABŞ regionda əlavə aviasiya hava vasitələri yerləşdirib, nəticədə Avropada Amerika personalının ümumi sayı 100 000 nəfərə çatıb.(Turan)

Bənzər yazılar

Back to top button