Siyasət

ABŞ Bəxtiyar Hacıyevin işini “diqqətlə” izləyir

ABŞ həbsdə olan fəal Bəxtiyar Hacıyevin işini çox diqqətlə izləyir, Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Biz bu işi çox diqqətlə izləyirik”, – mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqdə Hacıyevin azad edilməsinə dair beynəlxalq çağırışlara baxmayaraq, onun həbs müddətinin uzadılması ilə bağlı Turan-ın sualını cavablandırarkən deyib.

“Biz onun həbsilə bağlı öz mövqeyimizi dəqiq şəkildə ifadə etdik və vəziyyəti çox yaxından izləməyə davam edirik”, – Patel əlavə edib.

Tanınmış hüquq müdafiəçisi, ABŞ-da təhsil almış Bəxtiyar Hacıyev dekabrın 9-da “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamı ilə həbs edilib. Fəal bu ittihamları qətiyyən qəbul etmir.

Dünən Bakıda məhkəmə onun həbs müddətini daha iki ay uzadıb.

ABŞ hökuməti, eləcə də senatorlar Dik Durbin və Ben Kardin kimi Konqres liderləri dəfələrlə Azərbaycanı Bəxtiyar Hacıyevi “dərhal” azad etməyə çağırıblar. Bir çoxları, o cümlədən keçmiş dövlət katibi Hillari Klinton ona qarşı ittihamların siyasi motivli olduğunu bildirib.(Turan)

Bənzər yazılar

Back to top button