Dünya

ABŞ Rusiyanın Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbələri pisləyir

Cümə axşamı Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərər vuran və elektrik enerjisinin kəsilməsinə səbəb olan sonuncu kütləvi raket zərbələrini pisləyib.

“Rusiya hücuma başladığı andan etibarən Ukraynanın enerji infrastrukturuna ən ağır hücumlardan birini edib və öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır”, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bildirib.

Rusiya hərbiçiləri Ukraynanın enerji infrastrukturuna getdikcə daha fəal şəkildə hücum edir, elektrik stansiyalarına zərbə vurur. Prezident Vladimir Zelenski cümə axşamı Litvaya səfəri zamanı Ukraynanın müttəfiqlərini bu ölkəni daha çox RƏM sistemləri ilə təchiz etməyə çağırıb.

Dövlət Departamentinin nümayəndəsi Metyu Miller cümə axşamı brifinqdə Turan-ın suallarına cavabda bildirib ki, Ukrayna silahlı qüvvələri artilleriya mərmilərinə və döyüş sursatlarına qənaət etmək məcburiyyətində qalırlar. “Əlbəttə, bu, onların döyüş qabiliyyətinə və Rusiyanın hücumlarını dəf etmək imkanına təsir göstərir, buna görə Konqress təcili hərəkətə keçməlidir”.(Turan)

Bənzər yazılar

Back to top button