Siyasət

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Avropa Şurasının baş katibilə görüşüb

Oktyabrın 30-da Strasburqda Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevin görüşü olub.

“Görüşdə əsas diqqət inamın möhkəmləndirilməsi üzrə tədbirlərin vasitəsilə Ermənistan və Azərbaycan arasında dialoqa töhfə verilməsinin vacibliyinə yönəldilib.

Mariya Peyçinoviç-Buriç bildirib ki, Avropa Şurası ölkələrinin ərazisində yaşayan hər kəs Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş insan hüquqlarını və əsas azadlıqları tam şəkildə həyata keçirmək hüququna malikdir.

Baş katibin iştirakı ilə keçirilən mərasimdə Əli Nağıyev Avropa Şurasının insan orqanlarının alverinə qarşı mübarizə haqqında Konvensiyasını imzalayıb”, – Avropa Şurasının press-relizində deyilir.(Turan)

Bənzər yazılar

Back to top button