Bizim seçimSiyasət

Nazirlər 7 saat Qarabağı müzakirə edib: Görüş sabah davam edəcək

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu gün Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AzToday.az-a verilən məlumata görə, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Sabah danışıqların növbəti raundu keçiriləcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button