Hadisə

Kamal Yaşardan AzTV-yə – Cavab

Xəbər verdiyimiz kimi, bu gün AzTV tanımış dublyaj aktyoru Kamal Yaşarın işdən çıxarılması, verilişinin bağlanması ilə əlaqədar açıqlama yayıb.

Açıqlamada, “bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün yayımının dayandırılmasına qərar verildi. Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil”, – deyə bildirilmişdi.

Məsələ ilə bağlı Kamal Yaşar Yeniavaz.com-a açıqlama verib. O bildirib ki, prosesin reytinqlə heç bir əlaqəsi yoxdur:

“Veriliş reytinqinin aşağı olması və sair barədə bu günə qədər mənə heç bir söz deyilməyib. Hətta, əməkdaşlığımız yaxşı davam edirdi. Xocalı Soyqırımına aid bir veriliş hazırlamışdıq. Bu ay həmin proqram yayımlanmalı idi. Öz xərcimizlə hazırlamışıq. Nə oldu ki, yaydığım videomüraciətin sonrasında AzTV belə bir addım atdı? Mən orada yanlış bir söz işlətməmişdim. Sadəcə Prezidentə belə bir problem barədə xəbər vermək istədim. Çünki, başqa hara müraciət etmişəmsə baxmayıblar. Prezident əgər mənim müraciətimə müsbət reaksiya versə AzTV o zaman necə addım atacaq?”
Qeyd edək ki, K. Yaşar sosial şəbəkə hesabı vasitəsilə Prezidentə dublyah sahəsində olan bəzi problemlər barədə müraciət ünvanlamışdı.

Bənzər yazılar

Back to top button