Dünya

Daha bir ölkə İraqdan çıxır

Dünyanı ağuşuna alan koronavirus pandemiyası səbəbindən xarici qüvvələr bir-birinin ardınca silahlı qüvvələrini İraqdan çəkir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə Kanada qoşunlarını ölkədən çıxarır. Bağdad rejiminə bağlı qüvvələrə təlim keçmək məqsədilə regionda olan Kanada qüvvələri təlim keçmək üçün yetərli sayda İraq əsgəri olmadığından Küveytə çəkilmək qərarı alıb.

Qeyd edək ki, bu vaxta qədər İraqda kovid-19 infeksiyası səbəbindən 54 nəfər ölüb, 772 nəfər isə epidemiyaya yoluxub.

Xatırladaq ki, bir müddət öncə Fransa və Böyük Britaniya da hərbi birləşmələrini geri çəkmək qərarı almışdı. ABŞ isə 3 bazanı boşaltmış, silahlı qüvvələrini ölkənin şimalına çəkmişdi. Bundan başqa ABŞ-ın İraqda İranın dəstəklədiyi qüvvələrə qarşı əməliyyat planlaşdırdığı irəli sürülür və bu qüvvələrin də həmin əməliyyatda iştirak edəcəyi iddia edilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button