Dünya

Putinin İrana səfəri gözlənilir

“İran Rusiya Prezidenti Vladimir Putinin Tehrana cavab səfərini gözləyir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz lazım olan vaxtda Rusiya Federasiyasının prezidenti cənab Putini Tehranda qəbul etməyə hazırıq. Biz Tehranda “Astana formatı” ölkələri başçılarının sammitinin keçirilməsində də maraqlıyıq”, – səfir deyib.

O, İran Prezidenti İbrahim Rəisinin bu il yanvarın 19-20-də Moskvaya səfərinin iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi olduğunu vurğulayıb.

Cəlalinin sözlərinə görə, son bir neçə ayda iki ölkə prezidentlərinin razılaşmalarının həyata keçirilməsi məqsədilə müxtəlif sahələri təmsil edən çoxsaylı nümayəndə heyətlərinin səfərləri baş tutub.

Bənzər yazılar

Back to top button