Siyasət

Litva prezidenti Azərbaycan və Ermənistana səfər edəcək

Mayın 18-də Litva prezidenti Gitanas Nauseda Bakıya gələcək və prezident İlham Əliyevlə görüşəcək. Tərəflər energetika və iqtisadiyyat sahədində ikitərəfli əməkdaşlığı, Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyəti, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı müzakirə edəcəklər. Bu barədə Litva prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Nauseda və Əliyev Litva-Azərbaycan biznes- forumunda iştirak edəcəklər. Bundan sonra Litva prezidenti baş nazir Əli Əsədov və Azərbaycanda yaşayan litvalılarla görüşəcək.

Mənbənin məlumatına görə, mayın 19-da Nauseda Yerevana gedəcək, orada Ermənistan prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla görüşəcək.

Görüşlərdə Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət, ölkədə aparılan demokratik islahatlar, “Şərq tərəfdaşlığı” formatında Avropa İttifaqı-Ermənistan əməkdaşlığı, həmçinin Litva və Ermənistan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.

Nausėda həmçinin Ermənistanın patriarxı II Qarkinlə, Litva icması ilə görüşəcək.

Səfərdə prezidenti birinci xanım Diana Nausediene müşayiət edəcək. O, hər iki ölkənin birinci xanımları ilə görüşəcək. sosial və mədəni layihələrin təqdimatında iştirak edəcək, Litva tərəfinin məlumatında deyilir.

Bənzər yazılar

Back to top button