Dünya

Belarusun baş naziri “imkanlar axtarmaq” üçün Bakıya gəlir

Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə BELTA agentliyi Belarus hökumətinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Səfərin istiqaməti konkret və praktikdir. Əgər hansısa istiqamət Azərbaycan tərəfini maraqlandırmırsa, onların başqa dövlətlərdən daha sərfəli təklifləri var, demək, biz yenilərini tapmalıyıq. Əmtəə dövriyyəsini genişləndirmək üçün imkanlar tapmalıyıq”, – BELTA baş nazirdən sitat gətirib.

Bu ifadədən belə nəticə çıxarmaq olar ki, Bakını Lukaşenkonun növbəti biznes layihələri o qədər də maraqlandırmır, baş nazir isə Azərbaycan rəhbərliyini onları qəbul etməyə razı salmalıdır.

İkigünlük proqrama ölkə rəhbərliyilə görüş, Gəncə avtomobil zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərə, eləcə də “İqlim” Hərbi Sənaye Kompleksinin istehsalat müəssisəsinə baş çəkmək daxildir. nəzərdə tutulub.

Bundan əlavə, səfər çərçivəsində Belarus və Azərbaycanın işgüzar dairələrinin biznes- görüşü planlaşdırılır.

Bənzər yazılar

Back to top button