GündəmManşetSiyasət

ABŞ Azərbaycan-Ermənistan münaqişəsi zonasında minaların təmizlənməsinə 2 milyon dollar ayırır

Azərbaycan-Ermənistan münaqişəsi zonasında yerüstü minalar və partlamamış hərbi sursatlar “dinc sakinləri öldürməyə və şikəst etməyə, iqtisadi inkişafı əngəlləməyə və köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olmağa davam edir”, – cümə axşamı Dövlət Departamentinin nümayəndəsi Turan-ın sorğusuna cavab olaraq bildirib.

“ABŞ regional sülhə və əməkdaşlığa yardım etmək üçün 2020-ci ilin payızında Ermənistan və Azərbaycan qüvvələri arasında intensiv hərbi əməliyyatlardan ziyan dəymiş ərazilərdə minalardan təmizləmə üzrə humanitar əməliyyatlara 2 milyon dollar ayırdığını elan etməkdən məmnundur”, – nümayəndə qeyd edib.

Mənbənin məlumatına görə, 2021-ci ilin noyabrında bu məqsədlə ayrılan 500 000 dollardan sonra ABŞ-ın yeni maliyyəsi “minalardan təmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə təşkilatların texniki imkanlarını artıracaq”.

“Bu səylər insan təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayır və köçkünlərin öz evlərinə qayıtmasına, öz həyatlarını təhlükəsiz şəkildə bərpa etməsinə imkan verir”, – o deyib.

Bu həftə Azərbaycan elan edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra 262 nəfər minaya düşüb, onlardan 44 həlak olub.

Bənzər yazılar

Back to top button