Dünya

Ərdoğan türk qoşunlarının Suriyadan nə vaxt çıxacağını açıqladı

Suriyadakı hərbi əməliyyatlar bundan sonra da davam edə bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdan təyyarəsinin göyərtəsində olan jurnalistlərə deyib.

“Sonuncu terrorçu bölgəni tərk etməyincə biz bu hərəkatımızı davam etdirəcəyik”, – deyən prezident başqa ölkələrin qoşunlarının Suriyada qaldığı müddətcə türk qoşunlarının Suriyanı tərk etməyəcəyini də əlavə edib.

Ərdoğan onu da vurğulayıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinin tərəfdarı olaraq qalır.

Bənzər yazılar

Back to top button