İdman

“Əl-Nəsr”dən göndərilən Abubakar Ronaldoya söz atdı

Kriştiano Ronaldonun gəlişi ilə əlaqədar “Əl-Nəsr”dən ayrılan kamerunlu hücumçu Vinsent Abubakar portuqaliyalı futbolçunu argentinalı forvard Lionel Messi ilə müqayisə edib.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Abubakar deyib: “Mən həmişə Messinin Ronaldodan daha yaxşı olduğunu düşünürdüm və Ronaldo ilə məşq etdikdən sonra haqlı olduğumu başa düşdüm”.

Qeyd edək ki, Ronaldo dekabrın 30-da “Əl-Nəsr”ə transfer olunub. Onunla 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.

Bənzər yazılar

Back to top button