İdman

Qurban Qurbanov isveçli jurnalistin ermənipərəst sualını belə cavablandırdı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq “Qarabağ” “Hekken”lə görüşə əlavə motivasiya ilə çıxacaq. Düzdür, dünən oyunöncəsi mətbuat konfransında təxrbatçı sualla üzləşən baş məşqçi Qurban Qurbanov qarşı cəbhəyə həqiqəti mikrafon qarşısında çatdırıb.

Fanat.az xəbər verir ki, “Dagens Nyheter” nəşrinin isveçli jurnalisti Yens Littorin Qurban Qurbanova bir neçə sual, o cümlədən Qarabağdakı vəziyyətlə, xüsusilə ermənilərin bölgəni tərk etməsi ilə bağlı sual ünvanlayıb.

“Qarabağ”ın baş məşqçisi isə “ermənilərin ağzı ilə” sual verən jurnalistə bunları çatdırıb: “Orada nə baş verdiyini hamı bilir. Hamı bilir ki, biz öz torpağımızda yaşaya bilmirdik. Bu gün azərbaycanlılar öz torpaqlarına qayıdırlar. Eyni zamanda Qarabağdan gedən hər kəsə hər cür yardım edilir, onların rahatlığı üçün hər şey edilir. Onlar yemək və su ilə təmin olunublar.

Ərazilərimizin qaytarılması komandanı çox sevindirir. Özümüzü daha yaxşı hiss edirik. İndi biz sakitik. “Qarabağ Azərbaycandır”, həmişə də Azərbaycanın ərazisi olub”.

Mətbuat konfransından sonra İsveçə ezam olunan Fanat.Az-ın baş redaktoru Əli Sahib də Qarabağ həqiqətləri barədə Littorinə ətraflı məlumat verib, onun bu mövzu ilə bağlı informasiyasının yetərsiz olduğunu izah edib.

Qurbanov “oyunda ermənilər tərəfindən təxribat ola bilərmi” sualına belə cavab verib:

“Əvvəllər bir neçə dəfə təxribat olub. Biz futbolçularla bu barədə daim danışırıq. Azərbaycanı təmsil edirik. “Qarabağ” həmişə intizamlı olmağa çalışıb. Ona görə yox ki, kimdənsə qorxaq. Biz sadəcə idman prinsiplərinə əməl edirik. İstənilən təxribata öz reaksiyalarını nümayiş etdirdilər. Mən belə təxribatlara qorxaqlıq kimi baxıram”.

Heç şübhəsiz, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yetirmələrini də təmsil etdikləri bölgənin adını növbəti, bu dəfə isveçlilərə əzbərlətdirmək yönündə motivasiya edəcək, təlimatlandıracaq, tapşırıqlarını verəcək. Littorinkimilərə ən tutarlı cavab elə meydanda verilməlidir.

Bənzər yazılar

Back to top button