Dünya

Zelenski Azərbaycan əsilli hərbçini təltif etdi – FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli Ukrayna vətəndaşını təltif edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan əsilli Ukrayna vətəndaşı, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri baş leytenant Ağasıyev Kiril Yaşar oğlu Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən “Ukrayna Qəhrəmanı” adına layiq görülüb”, – paylaşımda bildirilib.

Bənzər yazılar

Back to top button