Hadisə

Azərbaycan tibbi maskaları hansı ölkələrdən və neçəyə alır? – TAM SİYAHI

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda xaricdən 28 milyon 244  min 920 ədəd tibbi maska gətirilib və tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 2,9 sent və ya mövcud məzənnə ilə 5 qəpik olub.

AzToday.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tibbi maska ən çox Çindən idxal edilib.

Bu ilin ilk 2 ayı ərzində Çindən 16 milyon 959 min ədəd tibbi maska gətirilib. Ən az maska isə Polşadan gətirilib.

Bu ölkədən 2 ay ərzində Azərbaycana cəmi 100 ədəd maska idxal olunub.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana aşağıdakı ölkələrdən tibbi maska idxal edilib:

 

ÖLKƏLƏR Tibbi maskanın SAYI (ədəd) Bir ədədin
QİYMƏTİ
Çin 26 959 000 5 qəpik
Türkiyə 755 640 11 qəpik
Gürcüstan 250 000 27 qəpik
İordaniya 250 000 5 qəpik
Cənubi Koreya 30 000 5 qəpik
B. Britaniya 180 7,8 manat
Polşa 100 17 qəpik
CƏMİ 28 244 920 5 qəpik

Bənzər yazılar

Back to top button