İdman

“Marsel”in hücumçusu ilə baş məşqçisi arasında növbəti gərginlik

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel”in futbolçusu Arkadiuş Miliklə baş məşqçisi Xorxe Sampaoli arasında gərginlik davam edir.

Qol.az xəbər verir ki, polşalı hücumçu ötən gecə “Qarabağ”la görüşdə (3:1) əvəzlənməsinə etiraz edib. Oyunda dubl edən forvard 68-ci dəqiqədə meydan tərk edərkən əsəbindən su qabını təpikləyib.

Oyundan sonra keçirilən mətbuat konfransında Sampaoli bu mövsüm avrokuboklarda 6 qol vuran Milikin onun qərarına etiraz etməsinə münasibət bildirib: “Mən Milikin əvəzlənəndən sonra nə etdiyini görmədim. Məni maraqlandıran onun oynadığı dəqiqələrdir. Xüsusilə bazar günü çempionatda vacib oyunumuz olduğundan (Liqa 1-də “Klermont”a qarşı) əvvəlcədən planlaşdırılan dəyişikliklər var idi. Mənim Miliklə münasibətim digər oyunçularla olduğu kimidir”.

Qeyd edək ki, Milik Fransa çempionatının son turunda “Mets”lə keçirilən görüşdən sonra verdiyi açıqlamasında baş məşqçisini tənqid edərək onun verdiyi qərarları anlamadığını demişdi.

Bənzər yazılar

Back to top button