İdman

Messi PSJ-nin gəlirlərini rekord həddə çatdırdı – MƏBLƏĞ

PSJ Lionel Messinin sayəsində mövsümü 700 mlyon avroluq rekord gəlirlə bitirəcək.

Fanat.az “L Equipe” nəşrinə istinadən xəbər verir ki, ötən yay argentinalı ulduzu azad agent qismində heyətə qatan Paris təmsilçisi 11 yeni sponsor və tərəfdaş qazanıb.

Onlardan əldə edilən gəlir 300 milyon avrodur. PSJ cari mövsüm 1 milyon forma satıb ki, bunların da 60 faizi Messiyə məxsus olub. Paytaxt klubu məhsul satışından 41 milyon avro qazanıb.

Cənubi amerikalı forvardın komandada olması Fransa klubunun oyun günü gəlirlərini 132 milyon avroya yüksəldib. Bu məbləğ daha əvvəl 93 milyon avro idi.

Gəlir baxımından əvvəlki klub rekordu 2018/2019 mövsümündə olub. PSJ həmin vaxt 637,3 milyon avro qazanıb.

Qeyd edək ki, Messi bu mövsüm PSJ-də ümumilikdə 33 matça çıxaraq 11 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button