DünyaSiyasət

Ağ Ev yenə erməniləri məyus etdi: qondarma “soyqırım” qətnaməsi təsdiqlənmədi

ABŞ Dövlət katibinin sözçüsü Morqan Ortaqus Senatın “soyqırım” qərarına Ağ Evin şərik olmadığını, 24 Aprel açıqlamasının yenə qüvvədə qaldığını deyib.

AzToday.az odatv.com-a istinadla xəbər verir ki, Ortaqus 1915-ci il erməni hadisələrini “soyqırımı” kimi tanıyan Senatın qərar layihəsini dəstəkləmədiklərini və rəhbərliyin mövqeyinin dəyişmədiyini bildirib:

“1915-ci il hadisələri ilə bağlı rəhbərliyin mövqeyi dəyişməyib. Buna dair fikirlərimiz prezidentin ötən ilin aprelindəki konkret bəyanatında əksini tapıb”.

Sputnik-in məlumatına görə, ABŞ prezidenti Tramp 24 aprel 1915-ci il erməni hadisələrinin ildönümü ilə bağlı yazılı açıqlamasında “Böyük fəlakət” ifadəsini işlətsə də, “soyqırım” iddialarını təsdiq edəcək bir ifadədən istifadə etməmişdi.

Bənzər yazılar

Back to top button