Siyasət

Ermənilər Qarabağdan niyə qaçır? – Politoloq

“Qarabağda insanlar qarşıduramın qurbanı olmaq istəmirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan ermənilərin sayının günü-gündən azalmasına aydınlıq gətirərkən deyib. Politoloq qeyd edib ki, münaqişənin əvvəlində orada 127 min erməni yaşayırdısa, indi bu rəqəm 25 minə enib:

“Münaqişənin əvvəlində həmin bölgədə 127 min erməni əhalisi var idi. Vətən müharibəsindən əvvəl belə fikirlər səslənirdi ki, Xankəndində təxminən 55-60 minə yaxın erməni var. İndi isə 25 min qalıb. Deməli, say yarıdan çox azalıb və axın da davam edir. Bu onu göstərir ki, Qarabağda yaşayan ermənilər özləri üçün seçim edirlər. Ya orada qalıb yaşamağa davam edəcəklər, ya da qalmayacaqlar. Qalacaqlarsa, artıq onlara bəllidir ki, Azərbaycan dövlətində yaşayacaqlar. Onlarla bağlı Azərbaycan Prezidenti bəyan edib ki, kim inteqrasiya eləsə, qanunlara tabe olsa, qalsın. Erməni diasporları, sülhməramlılar nə qədər canfəşanlıq elədilər ki, bu axını dayandırsınlar. Ermənilərin qalması üçün cəhdlər göstərilirdi. Amma onlar qalmadı, getdilər”.

Tofiq Zülfüqarovun fikrincə, ermənilərin Qarabağdan getməsinin səbəbi Nikol Paşinyanın seçkidən sonra verdiyi bəyanatla əlaqədardır:

“Paşinyan bəyan edib ki, “arsax” mübarizəmizi davam edəcəyik, amma sülh şəraitində. Yenə də ərazi iddiaları var və Azərbaycanla münaqişə etmək niyyətindədirlər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər cəmiyyətimizə mütləq inteqrə edilməsı ilə bağlı mesaj verib: “Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır”.

Bənzər yazılar

Back to top button