İdman

PSJ Mbappenin əvəzinə afrikalı forvard alacaq – Qərar verildi

PSJ rəhbərliyi yayda “Real Madrid”ə keçəcəyi gözlənilən Kilian Mbappeni hansı oyunçu ilə əvəzləyəcəyi ilə bağlı qərarını verib.

Fanat.az-ın “The Athletic”ə istinadən məlumatına görə, bu, “Napoli”nin forvardı Viktor Osimhendir.

Mənbə Fransa nəhənginin məhz Osimhen variantı üzərində dayandığını, bu forvardın transferi üçün qarşı tərəfin tələb edəcəyi məbləği ödəməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, daha öncə Mbappenin klub rəhbərliyi ilə görüşərək cari mövsümün sonunda “Real”a keçəcəyini açıqladığı barədə məlumat yayılıb.

Bənzər yazılar

Back to top button