İdman

PSJ Mbappe “dəftərini bağladı” – Göstəriş verildi

PSJ klubu rəsmi saytında Kilian Mbappe üçün forma satışını dayandırıb.

Fanat.az xəbər verir ki, hazırda klubun internet mağazasında fransız futbolçunun adı yazılmış köynək yoxdur.

İdman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Mbappe karyerasını harada davam etdirəcəyini bir neçə gündən sonra açıqlayacaq.

Xatırladaq ki, bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 45 matçda iştirak edərək 36 qol vuran və 26 məhsuldar ötürmə edən Mbappenin klubla müqaviləsinin müddəti iyunun 30-da başa çatır. Ulduz futbolçu bundan sonra azad agent bazarına daxil olacaq. Parislilər hələ də hücumçunu yeni müqavilə bağlamağa razı salmağa çalışır.

Bənzər yazılar

Back to top button