Cəmiyyət

Bürclər – 14 mart

Qoç – işlərin gedişatında mühüm dönüş və ya münasibətlərdə yeniliyə səbəb ola biləcək spontan vəziyyət yarana bilər. Sözün əsl mənasında sayıq və hazırlıqlı olun.

Buğa – hansısa işi və ya münasibəti ağırlaşdırmayın, vəziyyətə düzgün reaksiya verərək problemləri hərəkətdə həll edin. Baş verənləri izləyin, nəticə çıxarın.

Əkizlər – qətiyyətsiz davranmayın, iradəli olun. Məqsədləriniz ətrafdakı insanların istəkləri ilə üst-üstə düşmürsə, onların gözləntilərinə qarşı çıxırsınızsa, münaqişə və dartışmalar qaçılmazdır.

Xərçəng – yaxın ətrafınızdakı insanlardan fərqli olaraq, soyuqqanlı və təmkinli davranmağa can atın. Yollamağa hazırlaşdığınız informasiyanı bir daha yoxlayın və kompüterin yaddaşında saxlayın.

Şir – bu gün qətiyyətli, sərt və hətta aqressiv olun. Kiminlə nə iş görməyi müəyyənləşdirin. Perspektivləri müşahidə edin, yolunuzda peyda olan adamlara diqqətlə baxın.

Qız – Səhər saatlarından etibarən aktiv olun. Bu günün işini sabaha qoymayın. Günün ikinci yarısında gözəl, rahat nə isə alın. Alış-verişdə simiclik etməyin.

Tərəzi – işlərin aparılması ilə bağlı köhnə, ənənəvi üsullar artıq işlək deyil. Çox incə yeniliklər yolu keçməli olacaqsınız. Düzgün düzənə əl atın, qarşınıza konkret hədəf və məqsəd qoyun, qüvvənizi bölüşdürün.

Əqrəb – güc və qüvvəniz artsa da, izafi emosional olsanız, işinizin effektivliyi azalacaq. Çətin qərar verməli, müxtəlif sahələrdəki maraqları birləşdirməli, başlanmış layihəyə final ştrixi vurmalı olacaqsınız.

Oxatan – ünsiyyətdə səmimi olun. Sizi çoxdan narahat edən məsələnin üstü açıla bilər. Hadisələr də, təbii ki, sürətlənəcək.

Oğlaq – informasiya, yeni məlumatlar, standart olmayan qərarlar tələb edən işlə məşğul olun. Səfərə çıxmayın – gözlənilməz hadisə ilə qarşılaşa bilərsiniz.

Dolça – doğru yolu seçin, mühüm mövzunun ətrafındakı auradan gələn siqnal və işarələri anlamağa çalışın. Heç bir halda ifrata varmayın, inadkarlıq etməyin, gərginlik yaratmayın.

Balıqlar – başınızın üstündə buludlar sıxlaşır. Şəxsi münasibətlər, iş, yaradıcılıq və oyunlar güclü təəssüratlarla yanaşı, xoşagəlməz hisslər də bəxş edə bilər.

Milli.Az

Bənzər yazılar

Back to top button