Siyasət

ABŞ-ın Ermənistandakı səfiri hesab edir ki, Qarabağın statusu məsələsi həll edilməyib

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Armenpress”ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərin hərtərəfli həllinin tərəfdarı olduğunu bildirib.

“ABŞ-ın mövqeyi belədir: Dağlıq Qarabağın statusu məsələsi həll edilməmiş olaraq qalır və münaqişənin hərbi həlli yolu yoxdur. Xalqların öz müqəddəratını həll etmək hüququ əsas amildir, amma hərtərəfli sülhə nail olmaq üçün beynəlxalq səviyyədə qəbul edilmiş yeganə prinsip deyil”, deyə o qeyd edib.

Vaşinqton əmindir ki, hərtərəfli həll beynəlxalq səviyyədə qəbul edilmiş ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanmalıdır. Bu kontektsdə ABŞ Dağlıq Qarabağ xalqının öz gələcəyinin müəyyən edilməsində rolunu tanıyır, deyən diplomat bütün əsirləri azad etməyə və itkin düşmüş hərbiçilər haqqında məlumat yığılmasını sürətləndirməyə çağırıb.

O, hesab edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması Dağlıq Qarabağla bağlı danışıqlarla əlaqələndirilmədən baş tutmalıdır.

Bənzər yazılar

Back to top button