Dünya

Türkiyənin tibbi yardımına ABŞ-ın “xüsusi təşəkkürü”: PKK-ya yardım edildi (FOTO)

Koronavirusla mübarizə üçün Türkiyədən ABŞ-a təyyarələrlə yardım göndərilməsinin əvəzində rəsmi Vaşinqton PKK-çı terrorçulara maska paylayıb

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, koronavirus pandemiyasından ən çox əziyyət çəkən ABŞ-a ardıcıl olaraq 2 gün ərzində 2 təyyarə tibbi ləvazimat göndərən Türkiyəyə rəsmi Vaşinqton özünəməxsus şəkildə cavab verib.

Qəzet yazır ki, ABŞ yenə də Türkiyənin arxasından “xəncərlədi” və Suriyada fəaliyyət göstərən PKK(YPG) terror təşkilatına böyük yük maşınları ilə tibbi yardım göndərdi.

Halbuki rəsmi Ankara bu həftə iki gün ərzində 2 təyyarə ilə ABŞ-a tibbi avadanlıq göndərib. Təyyarələrdə maskadan qoruyucu kostyumadək hər şey olub. ABŞ-a yardım aparan ikinci təyyarə dünən yola çıxıb. Türkiyə və ABŞ rəsmiləri uçuşdan əvvəl xatirə fotosu çəkdiriblər. ABŞ rəsmiləri bu çətin dövrdə göstərilən köməyə görə hökumətə təşəkkür ediblər, amma ondan sonra da iç üzlərini göstəriblər. Onlar da öz növbəsində Suriyada PKK (YPG) terror təşkilatına koronavirusunun yayılmasına qarşı mübarizədə tək qoymur.

Belə ki, ABŞ ordusunun İraq-Suriya Xüsusi Əməliyyatlar Birgə Tapşırıq Qüvvələrinin rəsmi “Twitter” hesabından PKK (YPG) terrorçularına tibbi ləvazimat verildiyi açıqlanıb. Məlumatda yardımın PKK-nın işğalı altında olan Suriyanın Haseke vilayətinin Şəddadi rayounda təhvil verildiyi bildirilir. Materialların portativ əlüzyuyanlar, sabun, dezinfeksiya edilmiş salfetlər, maskalar və əlcəklərdən ibarət olduğu qeyd olunur.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button