İdman

Ginnessin Rekordlar Kitabına düşən futbolçular – İnanılmaz faktlar

Fanat.Az Ginnesin Rekordlar Kitabına qəribə göstəricilərlə düşən futbol ulduzlarının siyahısını təqdim edir.

İspaniyalı qolkiper İker Kasilyas 2011-ci ildə Çində “TV Challenge” adlı şouda iştirak edib və 60 saniyə ərzində mərkəz xəttindən qapıya 11 dəfə qol vurub.

Devid Simen

Əfsanəvi ingiltərəli qapıçı Devid Simen 102,5 santimetr hündürlüyə sıçrayaraq 137 km/s sürətlə uçan topu tutub.

Rayan Sessenyon

Gənc ingiltərəli oyunçu Rayan Sessenyon cərimə meydançasının xaricindən vurduğu zərbələrlə cəmi 7,75 saniyəyə topu iki dəfə qapı dirəyinə və bir dəfə tirə vura bilib.

Ederson

“Mançester Siti”nin qapıçısı Ederson topu qapıdan 75,35 metr uzaqlaşdırıb. O, əvvəlki rekord nailiyyətini 5,5 metr üstələyib.

Ceymi Rednapp

“Sothempton”un sabiq futbolçusu Ceymi Rednapp 18,59 m hündürlükdən atılan topu ayağında tutaraq Messinin rekordunu (17,98 m) yeniləyib.

Robert Levandovski

Levandovski bir matçda 4 Ginnes sertifikatı əldə edib.
Bir oyunda ən sürətli het-trik (3 dəqiqə 22 saniyə), poker (5 dəqiqə 42 saniyə) və penta-trik (8 dəqiqə 59 saniyə).

Dele Alli

Dele Alli – 30 saniyədə futbolçunun ayaqları arasından top atma sayına görə rekord müəyyənləşdirib. O, komanda yoldaşının ayaqları arasından 30 saniyə ərzində səkkiz dəfə top keçirib.

Bənzər yazılar

Back to top button