Hadisə

Hökumətpərəst fəal Fuad Muradov həbs edilib

Oktyabrın 4-də “Milli Fədai Hərəkatı”nın təsisçilərdən biri Fuad Muradov həbs olunub. Ona qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyətin digər tənqidçilərini təhdid edirdi.

Fuad Muradovun vəkililə əlaqə saxlamaq mümkün olmayıb.(Turan)

Bənzər yazılar

Back to top button