ManşetSiyasət

Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması və hərbi təhsilin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Bundan sonra Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər təhsil müəssisələri Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Silahlı Qüvvələri Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərəcəklər.

Milli Müdafiə Universitetinə kimin rəhbərlik edəcəyi açıqlanmır.

Bənzər yazılar

Back to top button