DünyaManşet

NATO və ABŞ ordusunun “unversal əsgərləri” – Fərari, Dəli və 300 minlik Transgender

ABŞ Hərbi Dəniz Qüvvələrində fərarilərin sayı kəskin artıb. Bu barədə CNBC telekanalı xəbər verib. Kanalın məlumatına görə, 2019-cu ildən bu günə qədər ABŞ HDQ-də fərarilik halları 150% artıb. Buna əsas səbəb isə zabit və əsğərlərin psixi sağlamlıqlarının qaydasında olmaması göstərilir.

Bu arada “Daily Express” nəşri isə yazır ki, son illər ABŞ ordusunda baş verən piylənmə epidemiyası silahlı qüvvələrin döyüş hazırlığını azaldır və bu getdikcə qarşısı alınmaz problemə çevrilir.

Daha maraqlısı, “Voice of America” nəşri Ağ Evə istinadən xəbər verib ki, Co Baydenin prezidentliyi dövründə ABŞ silahlı qüvvələrində xidmət edən transgenderlərin sayı artıq 300 minə yaxınlaşıb. Nəşr qeyd edir ki, hazırda iki milyona yaxın hərbi xidmət keçən zabit və əsgərlər arasında bu rəqəm getdikcə daha da artmaqdadır.

Qeyd edək ki, NATO və ABŞ ordusunda cinsi azlıqların xidmət keçməsi son onilliklərdə yaranıb.

2010-cu ildə Barak Obama tərəfindən geylər və lezbiyanlar üçün hərbi xidmətə qoyulan qadağa aradan götürülüb və az sonra transseksuallar da ora əlavə olunub.

Nəzərə alaq ki, ABŞ dünyada transgenderlərin hərbi xidmət keçməsinə rəsmi icazə verən 19-cu ölkə olub. Bu dövlətlərin əksəriyyəti NATO-nun üzvüdür. Postsovet məkanında transseksualların rəsmən hərbi xidmət keçməsinə hələlik yalnız Estoniyada icazə verilib.

Kütləvi LQBT üzvlərindən ibarət “unversal əsgərlər” dalğası 2014-cü ildə Fransa, Almaniya, Kanada, Belçika, Hollandiya, Norveç, İsveç və İspaniyanın transgenderlərin üzünə hərbi hissələrin və qərargahların qapılarını açması ilə baş verib. Hazırda NATO ölkələrinin ordularında transseksualların hüquqlarının tanınması və onların hərbi xidmətdə leqallaşdırılması prosesi daha da sürətlənir.

Namiq Cəfərli

Bənzər yazılar

Back to top button