Dünya

Polşanın hava sərhədi pozulduqdan sonra ABŞ “NATO ərazisinin hər qarışının qorunacağını” bəyan edib

Bayden administrasiyası çərşənbə axşamı təsdiqləyib ki, o, “NATO təhlükəsizliyinə çox ciddi yanaşmağa davam edəcək” və müttəfiqlərlə “NATO ərazisinin hər kvadrat santimetrinin təhlükəsizliyini təmin etmək” üçün çalışacaq. TURANın Vaşinqton müxbiri xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Pat Rayder bildirib.

Bu bəyanat Polşa Müdafiə Nazirliyinin avqustun 1-də Belarusun iki hərbi vertolyotunun Polşanın hava məkanını pozduğunu bəyan etməsindən sonra verilib.

Varşava şərq sərhədlərinə əlavə qoşun və hərbi texnika göndərəcək. (Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button