Dünya

Dünyadakı ən təhlükəli quş öz sahibini öldürdü

ABŞ-ın Florida ştatında dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.

The Gainesville Sun xəbər verir ki, 75 yaşlı fermer yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar fermeri dimdikləyərək öldürüb.

Kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.

Uzunluğu 10 santimetr olan dimdiklərini isə ölüm silahı kimi istifadə edirlər. (oxu.az)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button