İdman

Dünyanın ən bahalı qapıçı transferi reallaşır

Çempionlar Liqasının finalında “Real”a 1:3 hesabı ilə uduzan “Liverpul”un məğlubiyyətinin əsas səbəbkarı qapıçı Loris Karius hesab olunur. Oyun ərzində iki həlledici səhvə yol verən qolkiperin bu xətaları qolla nəticələnmişdi.

Fanat.Az xəbər verir ki, artıq “Liverpul”un yeni mövsüm üçün təcrübəli bir qapıçı transfer etməyə qərar verdiyi məlum olub. İngiltərənin aparıcı qəzetlərindən olan “Daily Mirror”un iddiasına görə, “qırmızılar”ın hədəfindəki qapıçı “Atletiko”nun formasını geyinən Jan Oblakdı.

Sloveniyalı qapıçının transferi üçün büdcəsini tamamilə açan “Liverpul” İspaniya klubuna 100 milyon avro ödəməyə hazırdı. 2021-ci ilədək müqaviləsi olan 25 yaşlı qapıçının özünün də Premyer Liqada oynamaq istədiyi deyilir.

Bu transfer baş tutsa, Oblak dünyanın ən bahalı qapıçısı olacaq.

Bənzər yazılar

Back to top button