İqtisadiyyat

Bakı Beynəlxalq Avtovağzalının rəhbəri otel açdı

Bakı Beynəlxalq Avtovağzalının rəhbəri Səidə Baxşıyeva daha bir otelin sahibi olub.

“MediaPost” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Baku Vinter Park Hotel Company” MMC dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr. Ev.153. olan şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi S.Baxşıyeva “Bakı XXI Əsr” MMC-nin direktorudur. Bu barədə Azərbaycanın kommersiya təşkilatları reyestrində deyilir. Mediada yer alan məlumatlara görə, S.Baxşiyeva “Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company” şirkətlərinin də rəhbəridir. Bu şirkətlər “Absheron Holtel Group”a daxildir.

Bənzər yazılar

Back to top button