Dünya

Prezident söz verdi: Xalqa qarşı ordudan istifadə edilməyəcək

Meksika prezidenti Andres Manuel Lopez Obrador mülki əhaliyə qarşı ordudan istifadə edilməyəcəyinə söz verib.

Qaynarinfo xəbər verir ki, prezident 1968-ci ildə azı 300 nəfərin ölümü ilə nəticələnən tələbə nümayişlərinin 50-ci ili münasibətilə təşkil edilən mərasimdə bu fikri səsləndirib.

Qanlı aksiyalardan sonra nümayişlər Latın Amerikasına da yayılmışdı. Obrador ölkədə gənclərə dəstək verən prezident kimi tanınır. Meksika höküməti tələbələrə aylıq təqaüd və pulsuz təhsil imkanı təmin edir.

Qeyd edək ki, 1968-ci ildə təşkil edilən tələbə mitinqlərində ordu gənclərə hücum etmiş, 300-dən çox mülki vətəndaş dünyasını dəyişmişdi.

Bənzər yazılar

Back to top button