İdman

“Ronaldu üçün darıxırıq” – Modriç

“Real”ın yarımmüdafiəçisi Luka Modriç sabiq komanda yoldaşı Kriştianu Ronaldu haqda danışıb.

Fanat.Az xəbər verir ki, Modriç “La Gazzetta dello Sport”a müsahibəsində portuqaliyalı futbolçu üçün darıxdıqlarını bildirib:

“Bu, bir az mənasız səslənsə də, yenə təkrarlayacam: Ronaldu tarixin ən yaxşı futbolçularından biridi. “Real”da onun qolları və xarakteri üçün darıxırıq. Kriştianu həmişə qələbə qazanmaq istəyirdi. O, bizə motivasiya verirdi.

İnsan kimi ona 10-dan da artıq qiymət verərdim. Ronaldunun böyük ürəyi var. O, köməyə ehtiyacı olanlara həmişə yardım etməyə hazırdı”.

Bənzər yazılar

Back to top button