Dünya

İmtahanda köçürmənin qarşısını almaq üçün maraqlı üsul: ölkədə internet kəsildi

Əlcəzairdə internetin bütün ölkə ərazisində 5 gün boyunca 1 saatlıq dayandırılması planlaşdırılır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 20-25 iyun tarixlərində məktəbi bitirən şagirdlərin buraxılış imtahanı keçirilir. İmtahanlarda köçürmə hallarının yaşanmaması üçün bu addım atılıb. Mobil internetdən istifadə də qeyri-mümkün olacaq.

Ötən il hökümət bu dövrdə sosial mediaya girişin dayandırılmasını istəmiş, buna nail ola bilməmişdi. Təhsil naziri Nouria Benqhabrit imtahan dövründə “Facebook”un bütün ölkədə qadağan ediləcəyini açıqlayıb.

İmtahan yerlərinə mobil telefon siqnallarının qarşısını alan cihazlar da yerləşdirilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button