Hadisə

Dini fəallar polis bölməsində işgəncəyə məruz qaldıqlarını bildiriblər

Bazar ertəsi “Müdafiə Xətti QHT-nin ofisində mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlanılmış dindarların insan hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirilib.

Onlardan üçün: Ağali Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədov inzibati qaydada 30 gün müddətinə həbs olunub.

Yəhyayevin bacısı Elnarə Eldar bildirib ki, qardaşı sadəcə olaraq dini fəal Razi Hümbətovun işi üzrə prosesə gəlib. Polis məhkəmə qarşısında toplaşanları sıxışdırıb uzaqlaşdırmağa başlayıb, qardaşı isə qeyri-iradi olaraq polisin əlini itələyib.

“Polisə heç bir müqaviməti olmayıb, sadəcə olaraq refleksiv reaksiya olub”, deyə o bildirib.

Ailə üzvlərinin saxlanılan şəxslərin harada tutulduğunu bildirməyiblər.

Onlardan ikisinə – Mail Kərimli və Süleyman Ələkbərov həbs edilməyib. Amma Bakının Nəsimi rayon 22-ci polis şöbəsindən onları başqa bir idarəyə aparıblar və orada işgəncəyə məruz qoyublar.

“Mənim əlimə qandal taxdılar və qatı cinayətkar kimi davranıblar. Maşınla apararkən başıma torba keçirib məni döyürdülər. Apardıqları yerdə də döyməyə davam ediblər. Yalnız mən kameraya artıq məhkəmələrə getməyəcəyimi dedikdən sonra məni aparıb boş bir əraziyə buraxdılar”, deyə Kərimli bildirib.

Ələkbərovun başına da buna bənzər bir şey gəlib. “Yollarda istiqamətimi yaxşı müəyyən edirəm və DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə apardıqlarını düşünürəm.

Başıma torba keçirib üzümə vururdular. Məni soyundurub yerə yıxdıqda ürəyimin xəstə olduğunu, özümü pis hiss etdiyimi dedim. Amma onlar daha çox vurmağa başladılar.

Məndən artıq məhkəmələrə getməyəcəyimə “and içməyi” tələb ediblər. Bundan sonra aparıb uzaq bir yerdə buraxıblar”, deyə Ələkbərov bildirib.

“Müdafiə Xətti” QHT-nin rəhbəri Rüfət Səfərov bildirib ki, bu gün “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovu Sabunçu rayon 14 saylı polis şöbəsinə çağırıblar ki, o, mətbuat konfransında iştirak edə bilməsin.

Səfərov polislərin hərəkətlərini pisləyib, özbaşınalıq və vətəndaşların fundamental azadlıqlarının pozulması kimi qiymətləndirib.(Turan)

Bənzər yazılar

Back to top button