Cəmiyyət

Dekabr ayı ərzində zəhərlənmədən 8 nəfər ölüb

2022-ci ilin dekabr ayı ərzində Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 791nəfər müraciət edib, 126 nəfər şöbəyə yerləşdirilib, 765 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bu barədə Toksikologiya şöbəsindən bildiriblər.

Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub.

5 nəfər sirkə turşusundan, 1 nəfər dərmandan, 1nəfər dəm qazından, 1 nəfər isə botulizimdən olmaqla 8 nəfər zəhərlənmədən ölüb.

Vəfat edənlərin 2-si qadın, 6-sı kişidir.

Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib-05D-.

Bənzər yazılar

Back to top button