GündəmManşetSiyasət

İran səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb

Yanvarın 27-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan tərəfi səfirliyə silahlı hücumu qətiyyətlə pisləyib, diplomatik nümayəndəliyə bu cür hücumların qəbuledilməzliyini qeyd edib, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Azərbaycan İranın səlahiyyətli qurumlarından terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunmasıı, terror aktının hərtərəfli araşdırılmasını, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılmasını təkidlə tələb edib.

Son vaxtlar İranda Azərbaycan əleyhinə planlı şəkildə aparılan kampaniya barədə səfirə məlumat verilib.

İran səfiri Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.

O bildirib ki, İran hakimiyyəti insidenti fəal şəkildə araşdırır və onun nəticələri barədə məlumat veriləcək”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bənzər yazılar

Back to top button