Dünya

Rusiya öz zabitini Çexiyaya sui-qəsd üçün göndərib?

Kremlin sözçüsü Dmitri Peskov yerli məmurlara qarşı sui-qəsd etmək məqsədi ilə bu Çexiyaya gəldiyi iddia edilən bir rusiyalıyla bağlı Çex mediasında yayılan xəbərlərə reaksiya verib.

Qaynarinfo xəbər verir ki, o sözügedən jurnalist araşdırmasıyla bağlı açıqlama xahişinə “Bu da növbəti bir oyuna oxşayır”, – deyə cavab verib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına bu istintaqla əlaqədar heç bir müraciət daxil olmayıb. “Ümumiyyətlə, Kremlin hər hansı araşdırma haqda heç bir məlumatı yoxdur”, – Peskov deyib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Çex mediası Rusiya xüsusi xidmət orqanlarının bir zabitinin ölkəyə gəldiyini iddia edib. İddiaya görə o, özüylə zəhər aparıb. Bununla bağlı bir sıra yüksək vəzifəli şəxs gücləndirilmiş mühafizə altına alınıb. Bunların arasında Praqa-6 rayonunun başçısı Ondrjey Kolarjda var. Onun təşəbbüsü ilə Sovet marşalı İvan Konevin abidəsi sökülüb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button