Sağlamlıq

ÜST meymunçiçəyi virusunun mutasiyası barədə məlumatları cavablandırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi virusunun mutasiyaya uğradığına dair heç bir sübutu yoxdur.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

Bununla yanaşı, təşkilat Avropa və Şimali Amerikada 100-dən çox xəstəliyə yoluxma faktı olduğunu bildirib.

Qeyd edilir ki, Avropa və Şimali Amerikada 100-dən çox təsdiqlənmiş yoluxma ağır olmayıb. ÜST-ün məlumatına görə, yoluxmalar qeyri-tipik xarakter daşıyır və virusun müntəzəm yayılmadığı ölkələrdə baş verir. Alimlər yoluxma hallarının mənşəyini və virusda nəyinsə dəyişib-dəyişmədiyini müəyyənləşdirməyə çalışırlar.

Bənzər yazılar

Back to top button