Hadisə

İcra başçısının oğlu Prezidentin xəbərdarlıqlarını qulaqardına vurur? – FOTO

Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar təntənəli toy mərasimlərinin keçirilməsi qadağan edilsə də, dünəndən sosial şəbəkələrdə bəzi yüksək vəzifəli məmurların bu qadağaları pozması ilə bağlı məlumatlar paylaşılır.

AzToday.az xəbər verir ki bu barədə araşdırmaçı jurnalist Həbib Müntəzir mövzu ilə bağlı öz “Facebook” səhifəsindən karantin dövründə toy edən məmurların adlarını açıqlayıb.

Jurnalist belə məmurlardan birinin Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov olduğunu qeyd edib. Qeyd edib ki, icra başçısının Deniz Restoranında hər gün 3-5 min manat qarşılığında toylar təşkil edilir.

Məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd edilir ki, həqiqətəndə Taleh Qaraşova məxsus olduğu bildirilən Deniz Restoranında dəfələrlə karantin qaydaları pozularaq toy-nişan mərasimləri keçirilib.

Adıçəkilən restoranı Lənkəran rayon icra Hakimiyyətinin Başçısının oğlu Seymur Qaraşovun idarə etdiyi bildirilir.

Qlobal.az

Bənzər yazılar

Back to top button