Hadisə

Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi – Video

Türkiyənin İstanbul şəhərində baş verən atışma nəticəsində azərbaycanlı aktyor güllə yarası alıb və dünyasını dəyişib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib. İki qrup arasında baş verən atışmada biri polis olmaqla 7 nəfər yaralanıb. Xəsarət alanlardan biri də Türkiyədə yaşayan və fəaliyyət göstərən Kamran Dadaşzadə olub.

Hadisəyə müdaxilə etmək istəyən polis məmuru G.K. boynundan və kürəyindən xəsarət alıb. Atışma zamanı K. Dadaşzadədən başqa Zahide Bozan, Fatih Çakırtaş, Ahmet Memiş, Suat Alp, Ahmet Korkular və İbrahim Halil Küçükyılmaz da yaralanıb. Kamran Dadaşzadənin baş nahiyəsindən xəsarət aldığı bildirilib.

Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Aparılan araşdırmalar zamanı Polat Öztürk, Ayhan Öztürk, Mahmut Korkular və Remzi Korkular arasında əvvəllər də düşmənçilik olduğu öyrənilib.

K. Dadaşzadənin yaxınları yerli mətbuata açıqlama verərək onun dünyasını dəyişdiyini bildiriblər.

Bənzər yazılar

Back to top button