İdman

Mbappe PSJ-də qalmasının əsas səbəbini açıqladı

PSJ-nin hücumçusu Kilian Mbappe Paris təmsilçisi ilə müqavilə yeniləməsinin səbəbinin pul yox, idman prinsipləri olduğunu deyib.

Fanat.az xəbər verir ki, ESPN onun söylədiklərini belə çatdırıb:

“Hamı bilir ki, ötən il getmək istəyirdim. Amma indi həm şəxsi, həm də idman prinsipləri baxımından hər şey fərqlidir. Ölkəmi tərk etməyim düzgün olmazdı. Həm də klubun yeni strategiyası çox xoşuma gəldi. Aylarla danışıq aparsaq da, pul barədə cəmi bir neçə dəqiqə söhbət etdik. PSJ-də qalmağımın səbəbi pul yox, idman prinsipləridir”.

Xatırladaq ki, Mbappe müddəti 2025-ci ilin yayına qədər olan yeni anlaşmaya imza ataraq dünyanın ən ödənişli futbolçusuna çevrilib.

Bənzər yazılar

Back to top button