Siyasət

Bakıda təyyarə və helikopterlərin növbəti uçuşları keçirilir

“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində təyyarə və helikopterlərin sınaq uçuşları keçirilir.

Bu barədə AzToday.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

“Mayın 26-29-da Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. İctimaiyyətin diqqətinə çatdırırıq ki, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və helikopterlərin sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək”, – nazirlikdən qeyd olunubş.

Bənzər yazılar

Back to top button